E-ticarətin iştirakçılarına olan tələblər

E-ticarətin iştirakçılarına olan tələblər,

0 Yorum

5.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyətə xüsusi razılıq (lisenziya) nəzərdə tutulan hallar istisna olmaqla, mövcud qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan satıcı (təchizatçı) kimi fəaliyyətə başlaya bilər.        

       5.2. Satıcının (təchizatçının) alıcılara (sifarişçilərə) təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır.

5.3. Satıcı (təchizatçı) özü barədə aşağıdakı zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır:

5.3.1. hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı;

5.3.2. əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları);

5.3.3. satıcının (təchizatçının) ticarət reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu halda, reyestrin adı, qeydiyyat nömrəsi və ya digər identikləşdirmə məlumatı (satıcı (təchizatçı) peşə üzrə fəaliyyət göstərərkən isə qeydiyyatdan keçdiyi müvafiq dövlət orqanının və ya digər qurumun adı, peşə üzrə ixtisas dərəcəsi, peşə qaydaları və bu qaydalarla tanışlıq imkanı barədə məlumat);

5.3.4. sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tətbiq olunan halda xüsusi razılıq (lisenziya) və onu vermiş dövlət orqanı barədə məlumat;    

       5.3.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

5.3.6. malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat.

5.4. Alıcı (sifarişçi) bu Qanunla, mülki qanunvericiliklə, o cümlədən istehlak çıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliklə və elektron ticarət iştirakçıları arasında bağlanmış müqavilələrlə nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir.

5.5. Vasitəçi məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədilə göstərdiyi xidməti dayandırır, informasiyanın saxlanılması xidmətini göstərdiyi halda isə, həmçinin informasiyanı silir və ya ona çıxışı məhdudlaşdırır.

0 Yorum

  • Yorum yoxdur

Yorum yaz

  • Yorum yaza bilmək üçün istifadəçi kimi daxil olmalısınız.

TƏRƏFDAŞLARIMIZ

Blog