Blog Taqları

Kommersiya bildirişi

Kommersiya bildirişi,

0 Yorum

6.1. Elektron ticarətin təşviq edilməsi məqsədilə satıcı (təchizatçı) kommersiya bildirişindən istifadə edə bilər. Kommersiya bildirişi aşağıdakı şərtlərə cavab verməlidir:

6.1.1. bildirişin kommersiya xarakterli olması aydın bildirilməlidir;

6.1.2. kommersiya bildirişini göndərənin adı və ünvanı dəqiq göstərilməlidir;

6.1.3. satışı stimullaşdırmaq məqsədilə qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar və hədiyyələr kimi təkliflər aydın göstərilməli, onların əldə edilmə şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır;

6.1.4. satışı stimullaşdırmaq məqsədilə qanunvericiliklə icazə verilmiş yarışlar və oyunlar barədə məlumatlar aydın göstərilməli, onlarda iştirak şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır.

6.2. Satıcıya (təchizatçıya) birbaşa müraciət etməyə imkan verən məlumatlar, o cümlədən, İnternet və elektron poçt ünvanları, mallar (xidmətlər, işlər) və ya onların satıcısı (təchizatçısı) barədə sərbəst surətdə, xüsusən də xərc çəkmədən əldə edilmiş məlumatlar kommersiya bildirişinə aid edilmir.

6.3. Alıcının (sifarişçinin) razılığı olmadan satıcı (təchizatçı) tərəfindən elektron poçt vasitəsilə təşəbbüs xarakterli kommersiya bildirişləri göndərilə bilər. Satıcı (təchizatçı) təşəbbüs xarakterli kommersiya bildirişlərini almaq istəməyən şəxslərin qeydiyyatdan keçməsinə imkan yaratmalı və bu qeydiyyata riayət etməlidir. Təşəbbüs xarakterli kommersiya bildirişlərinə cavab verilməməsi aksept hesab olunmur.

0 Yorum

  • Yorum yoxdur

Yorum yaz

  • Yorum yaza bilmək üçün istifadəçi kimi daxil olmalısınız.

TƏRƏFDAŞLARIMIZ

Blog